AZ

Rusiyada hansı ölkədən daha çox tələbə təhsil alır?

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

Rusiyada təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Avrasiya İqtisadi İttifaqı, MDB və ŞƏT ölkələrindəndir.Newscenter.az "Sputnik Qazaxıstan"aa istinadən bildirir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda məlumat verilib.Forum çərçivəsində Avrasiya ölkələrinin təhsil məkanına həsr olunmuş panel sessiyası keçirilib. Sessiyada verilən məlumata görə, hazırda Rusiya Federasiyasında Aİİ, MDB və ŞƏT ölkələrindən 327 min tələbə təhsil alır. Onlar bütün əcnəbi tələbələrin 78 faizini təşkil edir.Rusiyanın təhsil və elm nazirinin müavini Olqa Petrovanın sözlərinə görə, 2025-ci ildə Rusiyada istedadlı əcnəbi tələbələr üçün qrant dəstəyi proqramına start verilib. Belə qrantlar səyahət və yaşayış xərclərini, həmçinin tibbi sığortanı əhatə edir.Anar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
newscenter.az

2Mənbələr