AZ

Daha bir ölkə İrandakı diplomatını Bakıya gətirdi

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsveçrə İrandakı səfirliyinin fəaliyyətini dayandırdığını açıqlayıb.

Modern.az swissinfo.ch-yə istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçrə Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, bu qərar intensiv hərbi əməliyyatlar və İranda mövcud qeyri-sabit vəziyyətlə bağlıdır.

Nazirlik həmçinin qeyd edib ki, diplomatik nümayəndəliyin bütün əməkdaşları Tehrandan təxliyə ediliblər:

"Bütün səfirliyin əməkdaşları İrandan təxliyə ediliblər. Onlar yalnız vəziyyət sabitləşdiyi təqdirdə İran ərazisinə qayıdacaqlar. Biz vəziyyəti sabitləşdirmək üçün tərəfləri dialoqa çağırırıq", - deyə məlumatda bildirilir.

İsveçrənin xarici işlər naziri İqnasio Kassis bildirib ki, səfirlə birlikdə əməkdaşların bir qismi bir müddət əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər.

"Onlardan sonra daha bir qrup Bakıya təxliyə edilib. Həmin şəxslərin tezliklə İsveçrəyə gedəcəyi gözlənilir", - diplomat qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
50
modern.az

10Mənbələr