Putin: "Dünya nizamı istənilən halda dəyişəcək"
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin beynəlxalq arenadakı hədəflərini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb.
Putinin sözlərinə görə, Rusiya köhnə nizama müqavimət göstərmir. Moskva dostları - sivilizasiyanın ümumi problemlərini həll etmək üçün birgə işləmək istəyənlərin hamısını birləşdirir.