MİNGƏÇEVİR, 20 iyun. TELEQRAF
Evlərində yaranmış kommunal borca görə mübahisə edən 18 yaşlı gənc özünə çoxsaylı xəsarət yetirib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində, Samux küçəsinə bitişik bağlar yaşayış massivində baş verib.
Ailəsinin ödəyə bilmədiyi kommunal borca görə evlərində təchizatı dayandırılıb. Məsələ ilə bağlıailənin 2007-ci il təvəllüdlüövladı Ruslan Quluzadə mübahisə zəmnində özünə çoxsaylı bədən xəsarətləri yetirib.
Yaralı gənc dərhal xəstəxanaya çatdırılıb.
Ona hər iki qol nayihəsi saidlərinin çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.