AZ

"Telegram"da bu funksiya istifadəyə verildi -YENİLİK

Telegram messencerinin iOS üçün 11.13 beta versiyasında (quruluş 30945) uzun müddətdir gözlənilən yeni funksiya - tapşırıqlar siyahısının yaradılması imkanı sınaqdan keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Telegram Beta Info məlumat yayıb.

Yeni funksionallıq istifadəçilərə həm şəxsi, həm də qrup söhbətlərində tapşırıq siyahıları yaratmağa imkan verir. Hər siyahıya maksimum 30 element əlavə etmək mümkündür. Bu da planlaşdırmanı daha rahat və səmərəli edir.

Qruplar üçün əlavə idarəetmə üstünlükləri

Qrup söhbətlərində siyahını yaradan şəxs əlavə idarəetmə imkanları əldə edir. Belə ki, o:

Digər iştirakçılara tapşırıq əlavə etməyə icazə verə bilər,

İstifadəçilərə mövcud tapşırıqları yerinə yetirilmiş kimi qeyd etməyə imkan tanıya bilər.

Tamamlanmış tapşırığın yanında onu yerinə yetirən şəxsin profil şəkli (avatarı) avtomatik görünəcək. Bu xüsusiyyət, xüsusilə komanda işində şəffaflıq və məsuliyyətliliyi artırmağa kömək edəcək.

Qeyd edək ki, bir çox istifadəçi indiyə qədər "Saxlanılan Mesajlar" funksiyasından şəxsi qeydlər və tapşırıqlar üçün istifadə edirdi. Lakin tapşırığın tamamlandığını göstərmək üçün mesaj redaktəsi və xüsusi formatdan istifadə tələb olunurdu. Yeni xüsusiyyətlə sadəcə qutunun qeyd olunması kifayət edəcək, bu da prosesi xeyli asanlaşdırır.

Yeni funksiya hələlik beta mərhələsindədir və rəsmi versiyaya daxil edilməzdən əvvəl dəyişikliklərə məruz qala bilər. Hazırda Android üçün Telegram beta versiyasında bu yeniliyin nə zaman təqdim ediləcəyi naməlumdur. Eyni zamanda, stabil versiyada funksiyanın bütün platformalarda nə vaxt aktivləşəcəyi barədə rəsmi vaxt cədvəli açıqlanmayıb.

Seçilən
0
4
ikisahil.az

5Mənbələr