AZ

"Ronalduya heyranam" - Lionel Messi

"İnter Mayami"nin ulduzu Lionel Messi planetin ən yaxşı futbolçusu adı uğrunda uzun illər müqayisə olunduğu Kriştianu Ronalduya münasibətindən danışıb.

Fanat.Az xəbər verir ki, argentinalı hücumçunun fikirlərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən belə çatdırıb:

"Kriştianu Ronalduya, onun karyerasına böyük hörmət və ehtiramım var. O, hələ də ən yüksək səviyyədə yarışır.

Meydandan kənarda biz iki normal oğlanıq. Dost deyilik, çünki birlikdə vaxt keçirmirik, lakin hər zaman bir-birimizə böyük hörmətlə yanaşmışıq".

Qeyd edək ki, argentinalının hesabında 8, Kriştianunun isə 5 “Qızıl top” var.

Portuqaliyalı superulduz 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda, Messi isə ABŞ “İnter Mayami”sində oynayır.

Mirağa

Seçilən
15
fanat.az

1Mənbələr