AZ

Dünya çempionatı: Juninyonun klubu “Çelsi”ni məğlub etdi

BAKI, 21 iyun. TELEQRAF

Klublararası Dünya çempionatının D qrupunda 2-ci turun ilk oyunu keçirilib.

Teleqraf xəbər verir ki, sabiq “Qarabağ”lı Juninyonun da heyətində yer aldığı Braziliya “Flamenqo”su İngiltərənin “Çelsi” klubunu 3:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın keçmiş hücumçusunun adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.

Qrupda keçirdiyi hər iki matçda qələbə qazanan “Flamenqo” 6 xalla liderdir. İki oyuna 3 xalı olan “Çelsi” 2-ci pillədə qərarlaşıb.

Qrupda keçirilən ilk turda uduzan “Los-Anceles” (ABŞ) və "Esperans" (Tunis) hələlik xal qazana bilməyiblər. Bu komandalar arasında oyun iyunun 21-nə keçən gecə Bakı vaxtı ilə saat 02:00-də başlayacaq.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr