Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” səhifəsində paylaşıb edib.
Paylaşımda deyilir:
"Bu gün diplomatik korpusla birlikdə Laçın Beynəlxalq Hava Limanına eniş etdik. Səfər proqramı sabah Şuşa və Ağdam istiqamətində davam edəcək. Bakıya qayıdış isə Ağdam–Bakı qatar marşrutu ilə baş tutacaq".