Bu ilin birinci rübündə İspaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 1,080 milyon ABŞ dolları təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə "Trend" Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 996 min ABŞ dolları və ya 12,9 dəfə artıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyadan yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə İspaniya iqtisadiyyatına 20,896 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 12,856 milyon ABŞ dolları və ya 2,6 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində İspaniyaya həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 6,6% təşkil edib.