AZ

"İsrail az qala rusdillidir...” -Deyəsən, Putin İsrailə də göz dikib...

Bu gün İsraildə təxminən 2 milyon rusdilli insan yaşayır. Guya Moskva bu amili nəzərə alır və hərbi əməliyyatlar keçirmir.
 
Moderator.az xəbər verir ki, bu haqda "Fokus" nəşri məlumat yayıb. 
 
"Moskva Tehranın Yaxın Şərqdəki qanuni maraqları uğrunda mübarizəsini dəstəkləyir, lakin İsraildə təxminən 2 milyon rusdilli insan yaşayır". 
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumunda belə deyib.
 
Putinin sözlərinə görə, Rusiyanın İranın müttəfiqi kimi etibarsızlığına dair rəvayətləri təbliğ edənlər təxribatçılardır.
 
"Onlar təxribat situasiyası yaradırlar. Amma bu, onlara kömək etməyəcək", - Rusiya prezidenti qeyd edib.
 
Putin hesab edir ki, dünyada hər bir hərbi münaqişə özünəməxsusdur və İsrailə münasibətdə rusdilli insanların olmasını nəzərə almaq lazımdır.
 
Bundan əlavə, o, dinc nüvə enerjisinə dəstək və Buşehrdə atom elektrik stansiyasının tikintisini misal çəkib. Moskva həmçinin daha iki reaktorun tikintisi ilə bağlı müqavilə imzalayıb və mövcud vəziyyətə baxmayaraq oradan personalı təxliyə etməyib.
Seçilən
16
moderator.az

1Mənbələr