AZ

Pentaqonun sabiq rəhbəri: İrana zərbə ABŞ-ni qaçılmaz regional müharibəyə sürükləyəcək

BAKI, 21 iyun. TELEQRAF

Amerika lideri Donald Tramp İrana zərbə endirmək qərarına gələrsə, Birləşmiş Ştatlar qaçılmaz olaraq Yaxın Şərqdə müharibəyə cəlb olunacaq.

Teleqraf xəbər verir ki, bu fikri Pentaqonun rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Leon Panetta deyib.

L.Panetta CNN-ə deyib: "Əgər Tramp İrana hücum etsə, Birləşmiş Ştatların özünü regional müharibəyə sürükləyəcəyinə şübhə yoxdur".

O, əmindir ki, Birləşmiş Ştatlar 2003-cü ildə İraqı işğal edərkən "dəhşətli səhv" edib. L.Panettanın fikrincə, bu işğal Trampa dərs olmalıdır.

Seçilən
12
teleqraf.com

1Mənbələr