AZ

Tramp Çinin İsraillə münaqişədə İrana kömək etməyəcəyinə əmindir

ABŞ prezidenti Donald Tramp İran və İsrail arasındakı gərginlik fonunda Pekinin Tehrana yardım etməyəcəyinə əmin olduğunu bildirib.

“Report”un xəbərinə görə, bunu D.Tramp Nyu-Cersi ştatında jurnalistlərin İsrailin Tehrana qarşı hərbi əməliyyatı ilə bağlı Çinin İrana yardım göstərməsinin mümkünlüyü ilə bağlı suallarını cavablandırarkən deyib.

“Mən onların müdaxiləsini təsəvvür edə bilmirəm”, - Amerika lideri bildirib.

Çinin daha əvvəl İrana bir neçə təyyarə göndərməsi ilə bağlı xəbərləri şərh edən Tramp qeyd edib:

“Deyirlər ki, bu, insanları evakuasiya etmək üçündür. Amma bu barədə sizə heç nə deyə bilmərəm. Çinlə, onun lideri Si Cinpinlə çox yaxşı anlaşıram. Bizim çox yaxşı münasibətimiz var. Görək nə olacaq”, - o əlavə edib.

Seçilən
4
3
report.az

7Mənbələr