AZ

İsrail İran müharibəsinin yaleyi Vaşinqtonda həll oluna bilər AÇIQLAMA

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İsrail- İran müharibəsi həm Azərbaycan, həm Cənubi Qafqaz regionu üçün olduqca həssas məsələdir. Bu qarşıdurma və onun nəticəsi regionun bütün xalqlarının taleyinə bu və ya digər şəkildə təsir edə bilər".

Bunu Bakıvaxtı.az-a açəqlamasında politoloq Zaur Məmmədov deyib.

Siyasi şərhçi bildirib ki, Azərbaycan ilk gündən etibarən tərəfləri beynəlxalq hüquqa riayət etməyə, eyni zamanda danışıqlar yolu ilə aralarında olan ziddiyyətləri həll etməyə çağırır:

"Bəzi dövlətlər İran, yaxud İsrailin tərəfində duraraq əslində münaqişənin müharibə mərhələsinə gəlməsində əsas rol oynayıblar. Ancaq onlardan fərqli olaraq bildiririk ki, rəsmi Bakı kimin bizə hansı münasibət bəsləməsindən asılı olmayaraq, ətrafımızda müharibələrin olmasını yox, sabitliyi istəyir. İlk gündən İran tərəfindən BMT-də iclas çağırılmışdı. Sadəcə olaraq BMT bununla bağlı iclası yubadırdı. BMT-nin Təhlükəsizlik Şurasında, Baş Assambleyasında İran-İsrail arasındakı müharibə ümumi müzakirə oluna bilər. Ancaq belə müzakirələr məsələnin həlli, müharibənin bitməsi demək deyil. Çünki BMT-də də müəyyən dövlətlər İsrailin, bəzi ölkələr isə İranın yanında yer alacaqlar. Nəticədə məsələ həllini tapmayacaq”.

Zaur Məmmədov: BMT-dəki müzakirələr məsələnin həlli, müharibənin bitməsi demək deyil

Müsahibimiz hesab edir ki, bu müharibə ABŞ və İran rəsmiləri arasında görüşün nəticəsindən sonra başa çata bilər. Artıq tərəflər arasında təmasların olduğu deyilir:

“Əsas məqam ondan ibarətdir ki, yaranmış vəziyyətdən həm ABŞ prezidenti Donald Tramp, həm İsrail baş naziri Benyamin Netanyahu maksimum şəkildə istifadə etmək istəyirlər. Onların məqsədi uranın zənginləşdirilməsinə mane olmaq, İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr