AZ

Mürəbbənin şəkərləməməsi üçün bunları edin 4 ÜSUL

ain.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Evdə hazırlanmış və ya hazır mürəbbələr zamanla şəkərləyə və ya xarab ola bilər. Mürəbbənin təravətini qorumaq və dadını itirməmək üçün düzgün saxlama üsullarını bilmək çox vacibdir.

Bəs mürəbbə necə saxlanılmalıdır, şəkərləmənin qarşısını necə almaq olar?

Təmiz bankalardan istifadə edin

Bankalar steril olmalıdır ki, mürəbbə xarab olmasın. Qaynar su ilə yaxşıca yuyulmuş və qurudulmuş bankalara üstünlük verilməlidir.

İsti doldurma üsulu

Təzə bişmiş isti mürəbbə hələ isti ikən bankaya doldurulmalı və qapağı möhkəm bağlanmalıdır. Bu şəkildə vakuum effekti ilə hava təması qarşısı alınır.

Sərin və qaranlıq mühitdə saxlayın

Mürəbbə qablarını günəş işığından uzaq sərin və quru yerdə saxlamaq şəkərlənmənin və xarab olmanın qarşısını alır.

Açdıqdan sonra soyuducuya qoyun

Mürəbbə qabı açıldıqdan sonra soyuducuda saxlanmalı və 1 ay ərzində yeyilməlidir. Soyuq mühit bakteriyaların əmələ gəlməsini ləngidir.

Şəkərləmənin qarşısını necə almaq olar?

Limon duzu və ya limon suyu əlavə edin

Mürəbbə bişirərkən az miqdarda limon suyu və ya limon duzu əlavə etmək şəkər əmələ gəlməsinin qarşısını alan təbii üsuldur.

Şəkər miqdarına diqqət yetirin

Mürəbbədə şəkərin miqdarı yüksək olarsa, kristallaşma daha asan olar. Yüksək meyvə tərkibi və balanslaşdırılmış şəkər tərkibli reseptlərə üstünlük verilməlidir.

Mürəbbəni çox qaynatmayın

Uzun müddət qaynadılan mürəbbə çox su itirir və sıxlaşır. Bu, şəkərin əmələ gəlməsi üçün zəmin hazırlayır.

Taxta qaşıqlardan istifadə etməyin

Mürəbbə hazırlayarkən metal qaşıqlara üstünlük verin. Taxta qaşıqlar bakteriyaları saxlaya bilər və xarab olmağı sürətləndirə bilər.

Aygün

Medicina.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
icma.az

2Mənbələr