Pentaqonun keçmiş rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Leon Panetta diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, ABŞ-nin İrana zərbə endirməsi qaçılmaz olaraq ABŞ-ni regional müharibəyə sürükləyəcək. Onun sözlərini CNN yayıb.
"Əgər o (ABŞ prezidenti Donald Tramp — red.) İrana hücum etsə, şübhəsiz ki, Birləşmiş Ştatlar özünü regional müharibəyə cəlb edəcək", - Panetta qeyd edib.
O, qeyd edib ki, ABŞ artıq bir dəfə - 2003-cü ildə İraqı işğal edərkən də oxşar səhvə yol verib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural