AZ

Peşəkar mühasib sertifikatının əldə edilməsi qaydasında dəyişiklik edilib

Bakı. Trend:

Nazirlər Kabineti 22 may 2019-cu il tarixli qərarı ilə təsdiqedilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinintəşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatıalmış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”ndadəyişiklik edib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra peşəkar mühasib sertifikatlarınınhər bir növü üzrə imtahanlar üçün tapşırıqlar toplusu MaliyyəNazirliyinin nümayəndələrinə (mütəxəssislərinə) yalnız Dövlətİmtahan Mərkəzinin inzibati binasında qapalı rejimdə təqdimedilir.

Mərkəz imtahanın keçirilməsinə 5 gün qalmış peşəkar mühasibsertifikatı almaq üçün imtahanda iştirak edəcək hər bir namizədiməlumatlandırır. İndiyə qədər bu müddət 10 gün idi.

Peşəkar mühasib sertifikatı almaq məqsədilə imtahanınkeçirilməsi haqqında elan Mərkəzin rəsmi internet saytındayerləşdirilir. Namizəd imtahanın keçirilməsi haqqında elanverildiyi gündən 30 gün müddətində imtahanda iştirak etmək üçünfərdi identifikasiya nömrəsini (ölkə vətəndaşları üçün şəxsiyyətvəsiqəsinin FİN kodu, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərüçün Dövlət Miqrasiya Xidmətinin verdiyi müvəqqəti və ya daimiyaşamaq üçün icazə vəsiqələrinin FİN kodu, qaçqın statusu almışəcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qaçqın vəsiqəsinin FİNkodu) göstərməklə, Mərkəzin rəsmi internet saytında yaratdığı“Şəxsi kabinet”i vasitəsilə aşağıda qeyd edilən sənədlər və yaməlumatlar əsasında Mərkəzə elektron qaydada müraciət edir:

- iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin(diplomun) və mühasibatlıq sahəsində azı 5 illik iş stajına malikolmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqındasənədin (diplomun) surəti;

- Qaydaların 2.8-ci və 2.9-cu bəndlərində göstərilənsertifikatların surəti (olduğu halda) və həmin sertifikatlarınhəqiqiliyi haqqında Maliyyə Nazirliyinin akkreditasiya etdiyipeşəkar mühasib təşkilatı tərəfindən təqdim edilmiş təsdiqedicisənəd.

Namizədin imtahanın istənilən bir mərhələsində topladığı balsertifikat növlərindən birinin verilməsi üçün yalnız bir dəfəistifadə olunur.

Namizədin imtahanın bir mərhələsində topladığı bal 5 ilqüvvədədir.

Bundan başqa, qərarla Kiçik və Orta Sahibkarlıq Subyektləri üçünMaliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasibsertifikatı və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrəpeşəkar mühasib sertifikatı almaq üçün imtahanın hər bir mərhələsiüzrə ödəniş məbləği 100 manat, İctimai Sektor üçün MühasibatUçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasibsertifikatı və İctimai Sektor üçün Mühasibat Uçotunun BeynəlxalqStandartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı almaqüçün imtahanın hər bir mərhələsi üzrə ödəniş məbləği 50 manatmüəyyən edilib. İndiyə qədər bu ödəniş bütün növ setifikatlar üçün50 manat idi.

Məqalədə:
Seçilən
1
10
az.trend.az

10Mənbələr