AZ

Premyer-liqamızın israilli futbolçuları – birinin başı bəladadı

İyunun 13-də başlayan İran - İsrail müharibəsi gündən-günə şiddətlənir. Nə cənub qonşumuz zərbələri dayandırmaq barədə düşünür, nə də rəqibi. Azərbaycan premyer-liqasında iranlı futbolçular olmasa da, İsraildən olanlar var. Bunlar Roy Kehat (Sumqayıt), Gitay Sofir (Səbail) və Bar Kohendi (Araz-Naxçıvan).

Həmin futbolçuların aqibətini öyrənmək üçün klubların mətbuat katiblərinə müraciət etdik.

Zaur Xudiyev (Sumqayıt):
“Kehatın İsraildə olmadığı dəqiqdi. Ya Azərbaycanda, ya da Avropa ölkələrindən birində istirahət edir. Komanda hələ bir araya gəlməyib. Təlim-məşq toplanışı başlayanda düşərgədə olacaq”.

Mahal Məmmədov (Araz-Naxçıvan):
“Bar Kohen hazırda İsraildədi. Qeyd etdiyiniz vəziyyət üzündən uçuşlar ləğv edildiyinə görə ölkəsindən bura gələ bilmir. Bizdə olan məlumata görə, Təl-Əvivdədi. Gözləyirik”.
Rəşad Məmmədov (Səbail):
“Sofirin klubumuzla müqaviləsinin müddəti bitib. Bu səbəbdən vətəninə yollanıb. Onun haqda əlavə məlumat yoxdu”.
KƏNAN BAHADIR
Seçilən
16
1
football-plus.az

2Mənbələr