İsveç hələ ki, verdiyi sözə əməl etməyib – Türkiyənin Milli Müdafiə Naziri
İsveç hələ də terrorla mübarizə sazişləri çərçivəsində verdiyi vədləri yerinə yetirməyib.
Editor.az bildirir ki, bu barədə bazar ertəsi Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər açıqlama verib. “İsveçli dostlarımız lazımi səyləri göstərirlər. Lakin İsveç hələ ki, verdiyi sözə əməl etməyib, lakin biz bunu gözləyirik.
Hər ölkənin öz parlamenti var. Bizim də bir parlamentimiz var və unutmaq olmaz ki, son söz onun olacaq”, – Yaşar Gülər deyib. O əlavə edib ki, Türkiyənin açıq qapı siyasəti var və Finlandiyanın NATO-ya qəbulu buna sübutdur.
//Samir Qurbanov, Editor.az