Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, xarici diplomatlar dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyində olublar.
Belə ki, onlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında olublar.

