AZ

“Bibiheybət” Gəmi Təmiri Zavodunda 66 min kilovat-saatdan çox yaşıl enerji istehsal edilib

Bakı, 21 iyun , AZƏRTAC

Ötən ilin oktyabrından “AZCON Holdinq”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66 min 215,3 kilovat-saat enerji hasil edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, təkcə cari ilin may ayı ərzində 18 min 454,3 kilovat-saat enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə hasilat 800 kilovat-saat həddinə yaxınlaşıb.

Statistikaya görə, indiyədək 65 min 946,1 kiloqram karbon qazı emissiyasının qarşısı alınıb. Bu isə 3 638 ağacın qorunmasına bərabər ekoloji fayda deməkdir. Eyni zamanda, 26 min 457,8 kiloqram daş kömürə qənaət olunub ki, bu da enerji istehsalında fosil yanacaqlardan istifadəni minimuma endirir.

Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə hər biri 690 Volt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.

Seçilən
208
50
azertag.az

10Mənbələr