Bakı. Trend:
Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatınaalınacaq.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlətreyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, hüquqi şəxsin iflas prosesində olmasıdövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflasprosesində olması "Banklar haqqında" Qanunun tələbləri nəzərəalınmaqla dövlət qeydiyyatına alınacaq.
Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadanbaşlandığı halda, borclunun iflas prosesinin başlanması barədəqərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasındabaşlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbuledildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclununmüflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyəminməsi tarixindən 15 gündən gec olmayaraq ərizə ilə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciətedilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflasprosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elanolunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhürtəqdim olunmalıdır.
Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi iləyekunlaşmadıqda iflas prosesinə xitam verilmə tarixindən 15 günmüddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərarvə üzərində "iflas prosesində olan" yazılmış möhür təqdimolunmaqla, həmin fakt qeydiyyata alınacaq.
Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə əmlakinzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuniqüvvəyə mindikdən sonra 10 gün müddətində bu qanunda nəzərdətutulmuş sənədlərlə və səhmdar cəmiyyətlərinə münasibətdə MərkəziBankının arayışı ilə birlikdə üzərində "iflas prosesində olan"yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma) təqdim etməlidir.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.