AZ

"Putin Paşinyanın devrilməsində maraqlı deyil" -Manukyan

Ermənistanın tanınmış siyasi fəallarından olan David Manukyan Rusiya-Ermənistan münasibətlərinə dair diqqət çəkən açıqlamalar verib.

"Mamul" nəşrinin yaydığı məlumata görə, o deyib ki, Kremlin İrəvanda hakimiyyət dəyişikliyində maraqlı olması fikirləri boşboğazlıqdan başqa bir şey deyil: “Rusiyanın Ermənistanda vaxtaşırı hakimiyyət dəyişikliyi təşkil etməyə cəhd etməsi tezisi yalandır və süni şəkildə ortaya atılır.

Rusiya heç vaxt Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etməyib, üstəlik heç bir xarici güc mərkəzi belə buna çalışmayıb. Hətta onlar bir çox hallarda Paşinyanın hakimiyyəti təhlükə altında olanda da onu dəstəkləyiblər. Səbəb isə çox sadədir: bugünkü hakimiyyət hamı üçün, təkrar edirəm, bütün maraqlı tərəflər üçün, hətta düşmənlərimiz üçün də əlverişlidir. Bu təhlükəlidir və müstəsna olaraq dövlətimizə və dövlət maraqlarımıza xələl gətirir”.

Xatırladaq ki, bu günlərdə Kremlə yaxınlığı ilə tanınan məşhur biznesmen, "Tashir group"un rəhbəri Samvel Karapetyan həbs edilib. Yerli media onun həbsində siyasi motivlərin olduğunu yazır.

Tural

Seçilən
13
news365.az

1Mənbələr