AZ

Diplomatlar Şuşada yaşayış kompleksində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada yaşayış kompleksində olub.

Yenisabah.az report-a istinadən xəbər verir ki, qonaqlar Şuşaya qayıdan sakinlərin yaşayış şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Şuşada ilk yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub.

Foto: Vüqar Xanlarov

*** 11:05

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verilib.

Xarici diplomatlar uzun illər davam etmiş erməni işğalından sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı əldə ediblər.

Şuşada Bülbülün ev-muzeyi 2021-ci il avqustun 29-da bərpa edilib. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

*** 

Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Şuşada Qarabağ küçəsində olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, diplomatlara şəhərin tarixi və erməni işğalına son qoyulmasından sonra aparılan bərpa işləri barədə məlumat verilib.

Səfər zamanı nümayəndə heyəti şəhərin simasının necə dəyişdiyinin şahidi olub və yenidənqurma işlərinin miqyası haqqında məlumat əldə edib.

 


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr