AZ

Azərbaycan sahibkarları “AFEX 2025” sərgisinə dəvət olunurlar

25-26 iyun 2025-ci il tarixlərində İstanbul şəhərində “AFEX 2025” – Qlobal Franşiza və Distributorluq Sərgisi keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, AFEX Türkiyə, Afrika və digər qitələrdən olan iş adamları üçün əməkdaşlıq, investisiya və biznes tərəfdaşlığı imkanlarını bir araya gətirən unikal işgüzar platformadır. 70-dən çox ölkədən 2 mindən artıq iştirakçının qatılacağı tədbirdə müxtəlif sahələri əhatə edən konfranslar, panellər, B2B və B2G görüşlər, sərgi pavilyonları təşkil olunacaq. Sərgidə konsaltinq, pərakəndə satış, enerji, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin məhsulları və xidmətləri nümayiş etdiriləcək.

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected];

Tel: (+90 538) 096 71 65;

Əlaqələndirici şəxs: Rəna Muxtarova.

Ətraflı məlumat üçün: https://www.afextr.com/

Seçilən
87
17
vergiler.az

10Mənbələr