AZ

“BMW” ilə 4 ədəd quşu barter elədilər VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin paytaxtı Ankara şəhərində qeyri-adi bir alqı-satqı hadisəsi yaşanıb. 

Avtosfer.az xəbər verir ki, bir vətəndaş “BMW” markalı avtomobilini 4 ədəd quşla barter edərək hamını təəccübləndirib. Hadisə sosial mediada sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. Ən çox paylaşılan zarafatlardan biri isə “Quşlar qızıl yumurtlamırsa, problem böyükdür” cümləsi olub.

Məlumata görə, bahalı avtomobilin maddi dəyəri yüksək olan xüsusi cins 4 quşla dəyişdirilib. Bu qeyri-adi barter anlaşması təkcə hadisə yerində olanları deyil, sosial şəbəkə istifadəçilərini də heyrətə salıb. Hadisə ilə bağlı görüntülər sosial mediada minlərlə dəfə paylaşılıb.

Hazırda barter edilən quşların növü və bazar dəyəri ilə bağlı açıqlama verilməyib. Lakin hadisənin şahidlərinin bildirdiyinə görə, həmin quşlar nadir növlərə aiddir və hətta bəzi quş yarışmalarında mükafat qazanmış cinslər ola bilər. Bu da onların yüksək qiymətli olması ehtimalını artırır.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr