Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ildə İrəvana səfərə dəvət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Mən Türkiyə prezidentini gələn ilin yazında Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfərə dəvət etmək niyyətindəyəm”, - Paşinyan İstanbulda erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Onun sözlərinə görə, sammit həm də Türkiyənin yardımı ilə İrəvanda baş tutacaq.
Qeyd edək ki, may ayında Paşinyan Avropa Siyasi Birliyinin 8-ci sammitinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcəyini bəyan etmişdi.