Bakı. Trend:
İyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq.Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət60-70 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə vəsəhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Qərb küləyi bəziyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti,dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.