AZ

Nihal Candanın ölümünə səbəb olan xəstəlik nədir?

Son illər psixoloji və fiziki sağlamlığa ciddi təsir göstərən anoreksiya nervoza xəstəliyi xüsusilə yeniyetmələr və gənclər arasında artmaqdadır. Bu barədə mütəxəssislər xəbərdarlıq edir.Metbuat.az xəbər verir ki, anoreksiya nervoza bədənin ideal görünüşü ilə bağlı təzyiqlər nəticəsində yaranan ciddi qidalanma pozuntusudur. Xəstələr normadan artıq arıqlamağa çalışır, qidadan imtina edir və bədən çəkilərinə qarşı qeyri-rasional qorxu yaşayırlar. Anoreksiya nervozanın əsas əlamətləri arasında sürətli arıqlama, öz bədənini kök görmək, iştahanın süni şəkildə azaldılması, emosional dəyişikliklər və sosial təcrid halları göstərilir. Uzunmüddətli hal aldığı zaman bu xəstəlik orqanizmdə hormonal pozğunluqlara, menstrual dövrün dayanmasına, ürək problemlərinə, osteoporoza və hətta həyati riskə səbəb ola bilər.Mütəxəssislər bildirir ki, xəstəliyin müalicəsi yalnız tibb mütəxəssislərinin və psixoloqların kompleks yanaşması ilə mümkündür. Psixoterapiya, düzgün qidalanma planı və ailə dəstəyi anoreksiya ilə mübarizədə əsas faktorlardır.

Qeyd edək ki, bu xəstəlik əsasən arıq bədən idealını təbliğ edən sosial media təsirləri fonunda daha da yayılmağa başlayıb.

Seçilən
44
metbuat.az

1Mənbələr