AZ

“Sabah” – “Selye” matçının vaxtı açıqlandı

“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Selye” (Sloveniya) ilə matçlarının başlama saatı açıqlanıb.

Msport.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.

İyulun 10-da “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ayın 17-də Sloveniyada baş tutacaq cavab qarşılaşması isə saat 22:00-da başlayacaq.

Seçilən
9
10
msport.az

10Mənbələr