İran ordusu İsrail ərazisinə zərbələr endirib və planlaşdırılan bütün hədəfləri vurub.
BAKU.WS xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən IRIB dövlət televiziyası məlumat verib.
"Doğru vəd 3 əməliyyatının on səkkizinci dalğası Ben Qurion hava limanında və İsrailin digər ərazilərində İsrail ordusunun hərbi hədəfləri və əməliyyat dəstək mərkəzlərinin məhv edilməsi ilə tamamlanıb", - deyə məlumatda bildirilir.
Zərbələrin həyata keçirilməsi üçün raketlər və pilotsuz təyyarələrdən, o cümlədən Şahed-136 pilotsuz təyyarələrindən istifadə edildiyi qeyd edilir.