AZ

Həkimə qarşı 95 minlik dələduzluq edən şəxs məhkəmədən azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Hacıyevin (soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş altı il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və onun barəsində üç il sınaq müddəti müəyyən olunub.

Z.Hacıyev məhkəmə iclas zalında həbsdən azad edilib.

Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən həmin iddia üzrə icraata xitam verilib.

İttihama görə, Zaur Hacıyev "32 Beauty dent billur" klinikasının baş həkimi Sənan Məmmədova qarşı 95 min manatlıq dələduzluq edib.

Belə ki, baş həkim klinikasında əlavə tikinti işi aparmaq, lift quraşdırmaq üçün Zaura 95 min manat pul verib. Zaur özünü dövlət orqanlarında işləyən şəxs kimi təqdim edib. Zaur aldığı pulla əlavə tikinti işi ilə bağlı məsələni Bakı Şəhər İcra Hakimiyyətində həll edəcəyini vəd edib.

Aldığı pulun qarşılığında heç bir iş görməyən Zaur pulun cəmi 17 500 manatını geri qaytarıb. Zaur uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, son zamanlar borcları olduğu üçün Sənan həkimdən aldığı pulu borclarına ödədiyini deyib. O, anasının xərçəng xəstəsi olduğu üçün borclarının yarandığını bildirib.

Sənan həkim pulu tam olaraq ödənildiyi halda şikayətçi olmayacağını deyib. Bu istiqamətdə bir neçə dəfə danışıqlar aparılsa da, müsbət nəticə olmayıb. Həkim zərərin qalan hissəsinin ödənilməsini istəyib.

Seçilən
1
3
avtosfer.az

4Mənbələr