AZ

ALİ MƏKTƏBLƏRDƏN QOPARILAN MİLYONLAR…” – Sabiq deputat naziri ittiham etdi

“Nazir universitetlərin inkişafına yalnız əngəllər törədib”

“Azərbaycanın 6 universitetinin “QS 2026: Dünya Universitetləri” reytinqində TOP-1000-ə daxil olması Emin Əmrullayevi də sevindirib. Görəsən, Əmrullayev öz-özünə sual verir ki, bu işdə onun əməyi nədən ibarətdir?”

Ulusal.az  xəbər verir ki, bunu keçmiş deputat, elm və təhsil sahəsi üzrə tanınmış ekspert Etibar Əliyev “Facebook” səhifəsində yazıb.

“Gəldiyim qənaət budur ki, nazir universitetlərin inkişafına yalnız əngəllər törədib”, – o əlavə edib.

E.Əliyev daha sonra misallar çəkib: “Məsələn, E.Əmrullayev BDU-nun Himayəçilər Şurasının sədridir. Universitetdə təhsilin və elmin inkişafı naminə onun bir cümləsini eşidən olubmu?

Universitetlər tələbə sayından asılı olaraq hər il Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fonduna 800.000 manatdan 1,2 milyon manata qədər pul köçürür. Bu vəsaiti universitetlər öz maddi-texniki bazasını yaxşılaşdırmaq və tədqiqatlara yönəltmək üçün istifadə edə bilməzdilərmi?

Ali məktəblərdən qoparılan milyonlar nazirlik əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına, mənasız qrantlara və tədbirlərə xərclənir.

Ali məktəblərə dərsliklərin yazılması və tərcüməsi üçün vəsait ayrılmır. Nəticədə yeni nəsil dərsliklərin tədrisdə və elmi tədqiqatlarda istifadəsi qənaətbəxş deyil.

Elm və Təhsil Nazirliyinin Kollegiya iclaslarında bir dəfə də olsun ali məktəblərdə təhsilin və elmin vəziyyəti müzakirə olunmayıb. Bu nazirlik bəlkə də ölkədə yeganə dövlət qurumudur ki, kollegiya iclası keçirmir.

Elm və təhsil naziri region ali məktəblərinin inkişafında maraqlı deyil. Məndə olan məlumata görə, region ali məktəblərinin rektorları nazirin qəbuluna belə düşə bilmirlər.

Elm və Təhsil Nazirliyi ali məktəblərdə distant təhsilin inkişafına heç bir töhfə verməyib. Nazirlikdə ali təhsili bilən bir mütəxəssis belə yoxdur”.

Ekspert daha sonra kifayət qədər muxtariyyət verilmiş Türk dünyasının universitetlərinin “QS 2026” Qlobal Reytinqindəki mövqeyini də təqdim edib:

Al-Farabi Qazax Milli Universiteti – 166

Orta Doğu Texniki Universiteti – 269

İstanbul Texniki Universiteti – 298

Qumilyov Avrasiya Milli Universiteti – 317

Koç Universiteti – 323

Satbayev Universiteti – 331

Boğaziçi Universiteti – 371

Sabancı Universiteti – 404

Bilkent Universiteti – 415

Daşkənd İrriqasiya və Aqrar Mexanikləşdirmə Mühəndisləri İnstitutu – Milli Tədqiqat Universiteti – 469

Azərbaycan universitetlərinin “QS 2026: Dünya Universitetləri” reytinqində yerləri:

-Bakı Dövlət Universiteti – 688

-Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 801–850

-Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 851–900

-Azərbaycan Texniki Universiteti – 851–900

-Bakı Mühəndislik Universiteti – 901–950

-Xəzər Universiteti / Khazar University – 951–1000

Eyni zamanda, bu reytinqə ilk dəfə daxil olan universitetlər:

-Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) – 1001–1200

-Sumqayıt Dövlət Universiteti – 1001–1200

-ADA Universiteti – 1201–1400

Seçilən
10
1
moderator.az

2Mənbələr