Bu gün Bakıda keçiriləcək UFC Döyüş Gecəsi ilə bağlı Kristal Zaldan “İçərişəhər” metro stansiyasına qədər ekspress avtobuslar fəaliyyət göstərəcək.

Offsideplus.az xəbər verir ki, saat 22:00-dan 01:30-a qədər Kristal Zak yaxınlığında yerləşəcək xüsusi dayanacaqdan “İçərişəhər” metro stansiyasına doğru ekspress avtobusların hər 10 dəqiqədən bir hərəkət etməsi nəzərdə tutulub. Gediş haqqı ödənişsiz olacaq. 

Bundan əlavə, Bakı Metropoliteninin iş rejimi 22 iyun saat 02:00-a qədər uzadılacaq. Saat 00:00-dan etibarən metroya giriş yalnız “İçərişəhər” stansiyasından mümkün olacaq.

Qeyd edək ki, ilkin döyüşlər saat 20:00-dan başlayacaq, əsas kartın görüşləri isə 22:00-dan start götürəcək.