AZ

Tüninq olunan hansı sükanlardan istifadəyə icazə var? – AÇIQLAMA - FOTO

Son zamanlar bəzi sürücülər avtomobillərinin sükanını fərqli görünüş vermək və ya idman üslubuna yaxınlaşdırmaq məqsədilə kəsik (altı düz) sükanla əvəz edirlər. Bu cür dəyişiklik vizual olaraq cəlbedici görünsə də, onun təhlükəsizlik, qanunvericilik və texniki baxış baxımından doğura biləcəyi nəticələr müzakirə mövzusudur.

Avtomobilin sükanında dəyişiklik edərək onu kəsik sükanla əvəzləmək qanunidirmi, bu halda texniki baxışdan keçmək mümkündürmü və belə bir dəyişiklik təhlükəsizlik baxımından risklidirmi?

Mövzu ilə bağlı radio aparıcısı Elgün Xıdırov Avtosfer.az-a açıqlamasında bildirib ki, maşında sükan çarxının əvəzlənməsi hardasa olar:


“Amma sükan çarxına belə xüsusi tələblər olmasa da onun ən azından sertifikasiyadan keçmiş bir şirkət tərəfindən istehsal olunması lazımdır. Əsas tələblər də təhlükəsizlik ilə bağlıdır.

Burada dönmə bucağına baxmaq lazımdır ki, minik avtomobilinin, yəni ümumi istifadə yollarında istifadə olunan avtomobilin sükan çarxının dönməsi, ən azı 2 dövrə yarım, bu da 900 dərəcə, daha artıq dönmədir. Formula bolidlərində bu, 1 dövrədir. Yəni, 2 dövrə yarıma qarşı 1 dövrə qoyuruq.

Onların sükan çarxını gətirib minik avtomobilinin sükan çarxına qoymaq olmaz. Orada tamam başqa standartlardır, orada tamam başqa dönmə bucaqlarıdır. O baxımdan, sükan çarxının üstünü, altını kəsib təyyarə çarxı edim, bu, idarə etmək üçün yararsız hala salmaq deməkdir”.

Elgün Xıdırov əlavə olaraq qeyd edib ki, əgər hansısa ölkə, fərz edək, hansısa ölkə, məsələn, onu amologasiyadan keçirsə, olar. Amma o demək deyil ki, bütün başqa avtomobillərə o sükan çarxı qoyula bilər.

Eltac Zülfüqaroğlu

Seçilən
4
2
avtosfer.az

3Mənbələr