AZ

Şirvanda yük avtomobili dəmir yolu ötürücüsündə aşırımlara ilişərək qalıb

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən gün Şirvanda yük avtomobili dəmir yolu ötürücüsündə aşırımlara ilişərək qalıb.

525.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötürücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.

Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
153
50
525.az

10Mənbələr