AZ

Sabunçuda zəncirvari qəza: “Qazel” sürücüsü üç maşını vurub əzdi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Sabunçu rayonubda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 21-də saat 12:00 radələrində qeydə alınıb. Belə ki, “BakuBus” MMC-yə məxsus M8 müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JU-276 dövlət nömrə nişanlı “BMC” markalı avtobus, yük maşını, “Qazel” markalı və “Toyota Prius” markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb “Qazel” sürücüsünün qayda pozması olub. Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
avtosfer.az

1Mənbələr