AZ

Pekin oyuna girir? Çin İsrail İran müharibəsinə açıq müdaxilə edərsə...

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“İsrailin hərəkətləri beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən normaları pozur”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Çinin xarici işlər naziri Vanq Yi İran-İsrail qarşıdurması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, o cümlədən, İsrailin hücumları İranın suverenliyi və təhlükəsizliyi, regional sabitlik üçün təhdid yaradır. Bu nöqteyi-nəzərdən Çin İrana birbaşa dəstək verən ölkələrdən biri hesab olunur. Lakin ABŞ Prezidenti Donald Tramp qarşıdakı dövrdə Çinin İranla İsrail arasında münaqişəyə müdaxilə etməyəcəyini və Tehrana dəstək göstərməyəcəyini açıqlayıb.

Çinin İran-İsrail qarşıdurmasına açıq şəkildə müdaxilə etməsi mümkündürmü? Çinin İrana dəstəyi davam edərsə, bu, ABŞ-Çin münasibətlərini daha da gərginləşdirə bilərmi?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, İranla İsrail arasında davam edən müharibəsində ABŞ-nin müdaxiləsi istisna olunmur. Lakin Çin də aktiv şəkildə İranı dəstəkləyir:

"Çin İrana məhz havadan müdafiə sistemləri və hərbi nəqliyyat təyyarələrinin göndərilməsini həyata keçirir. Həmçinin Çinə məxsus təyyarə daşıyan gəmilər artıq Hörmüz boğazına daxil olub. Çin strateji tərəfdaşı olan İranın ABŞ qarşısında kapitulyasiya sənədinə imza atmasını istəmir”.

Müsahibimiz Çinin birbaşa İrana hərbi dəstək verəcəyini, ABŞ ilə qarşıdurmaya gedəcəyini düşünmür. Dediyinə görə, Çin İrana yalnız hərbi silahlar ötürə bilər.

Məhəmməd Əsədullazadə: Çin strateji tərəfdaşı olan İranın ABŞ qarşısında kapitulyasiya sənədinə imza atmasını istəmir

Politoloq hesab edir ki, ABŞ Çinlə qarşıdurmada maraqlı deyil. Ona görə də Tramp Çinin İran-İsrail qarşıdurmasında neytral olacağına ümid edir.

"Çinlə ABŞ arasında vergilərlə bağlı görüşlər keçirilir və müəyyən anlaşma əldə olunub. Çin çalışacaq ki, ABŞ ilə münasibətləri tənzimləsin. Lakin İrana dəstəyini də kəsməyəcək", - deyə Məhəmməd Əsədullazadə əlavə edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr