AZ

İranın daha bir nüvə alimi və həyat yoldaşı İsrailin zərbəsi nəticəsində öldü

İranlı nüvə alimi və həyat yoldaşı İsrailin hücumu nəticəsində həlak olub.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat verib. Hadisənin təfərrüatı açıqlanmır.
 
Agentlik əlavə təfərrüat vermədən nüvə alimi və onun həyat yoldaşının İsrailin zərbəsi nəticəsində öldüyünü təsdiqləyib. Bildirilir ki, hadisə İsrailin İranın müxtəlif bölgələrinə intensiv aviazərbələri zamanı baş verib.
 
Həmçinin İranın "Fars" xəbər agentliyi də xəbər verib ki, İsfahandakı nüvə obyekti İsrail tərəfindən vurulub və heç bir təhlükəli material sızması qeydə alınmayıb.
 
Xatırladaq ki, daha əvvəl "Reuters" nəşri son bir neçə gün ərzində İsrailin İrana endirdiyi zərbələr nəticəsində 14 nüvə aliminin həlak olduğunu yazmışdı.
Seçilən
4
1
moderator.az

2Mənbələr