AZ

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Fələstin bölməsinin komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Fələstin bölməsinin komandiri Səid İzadinin öldürülməsi barədə məlumat yayıb. İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, o, İranın Qum şəhərindəki mənzilində öldürülüb.

İsrail ordusu İzadini “İran rejiminin İsraili məhv etmək planının qurucularından biri” adlandırır. Katzın sözlərinə görə, SEPAH-ın Fələstin bölməsinin rəhbəri 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun hazırlanmasında iştirak edib. Bundan əlavə, İsrail əsgərləri SEPAH Hərbi-Hava Qüvvələrinin ikinci pilotsuz təyyarə briqadasının komandiri Aminpur Judakini öldürüb.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr