AZ

ABŞ İranla müharibəyə qoşulur? - Bombardmançılar havaya qalxdı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-2" bombardmançı təyyarələri Missuri ştatındakı bazadan havaya qalxıb.

Bu barədə "Militarist" "Telegram" kanalı məlumat verib.

"Bunlar məhz o təyyarələrdir ki, İranın yaxşı möhkəmləndirilmiş Fordo nüvə obyektinə zərbə endirmək üçün lazımdır", - deyə kanal yazıb.

Bildirilib ki, bombardmançı təyyarələrlə birlikdə eyni istiqamətdə səkkiz yanacaq doldurmaq üçün olan tanker təyyarəsi də havaya qalxıb.

Qeyd edək ki, iyunun 20-də ABŞ-nin "Defence News" nəşri bildirmişdi ki, İrana zərbə endirmək üçün "bunkerlərin dağıdıcısı" kimi tanınan "GBU-57" bombasını daşıya bilən "B-2 Spirit" strateji bombardmançı təyyarəsi bir neçə hava gəmisi ilə birlikdə Missuri ştatındakı Uaytmen aviabazasından 30 saatlıq uçuş həyata keçirməli və geri dönməli olacaq.


Seçilən
3
22
azia.az

10Mənbələr