AZ

ABŞ İsrail-İran münaqişəsi fonunda "B-2 Spirit" tipli təyyarələrini Quam adasına yerləşdirir

BAKI, TurkicWorld

İsrail və İran arasında münaqişənin davam etməsi fonunda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd "B-2 Spirit" tipli "görünməz" strateji qırıcı təyyarə Missuri ştatındakı "Whiteman" Hərbi Hava Bazasından havalanaraq Sakit okeandakı Quam adasındakı bazaya doğru yola düşüb.

TurkicWorld xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, bu təyyarələrə uzun məsafəli uçuş imkanını təmin etmək üçün dörd ədəd "KC-46 Pegasus" tipli yanacaq doldurma təyyarəsi də müşayiət edir. İlk iki tankerlə Sakit okean üzərində, digərləri isə Havay adaları üzərindən yanacaq dəstəyi veriləcək.

Hərbi analitiklər bu addımı, İranla bağlı potensial hərbi əməliyyata hazırlıq mesajı kimi qiymətləndirirlər.

Məlumat üçün bildirək ki, 2,1 milyard dollar dəyərində olan dünyanın ən bahalı döyüş təyyarələrindən biri sayılan "B-2 Spirit", radar tərəfindən demək olar ki, aşkarlana bilmir. Eyni anda 18 tona qədər silah daşımaq imkanına malik olan bu təyyarə həm adi bomba, həm də nüvə bombaları ilə təchiz oluna bilər.

Seçilən
14
22
turkic.world

10Mənbələr