AZ

Qazaxıstandan Azərbaycana pul köçürmələri 15,8% azalıb

2025-ci ilin ilk rübündə Azərbaycana Qazaxıstandan fiziki şəxslərin pul köçürmələrinin həcmi 5 milyon 165 min ABŞ dolları təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 967 min ABŞ dolları və ya 15,8% azalıb.

Xatırlatma üçün bildirək ki, 2024-cü ilin ilk rübündə Azərbaycana Qazaxıstandan köçürülmüş fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon 132 min ABŞ dolları olub.

Hesabat rübündə  Azərbaycana ümumi pul köçürmələrində Qazaxıstanın payı 2,3% təşkil edib. 2024-cü ilin ilk rübündə isə bu göstərici 2,1% idi.

Seçilən
15
12
fed.az

10Mənbələr