AZ

Bakının bu ərazisində yaşayanlar 5 gündür niyə susuz qalıb? Rəsmi CAVAB

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Nizami rayonu "NZS" qəsəbəsində 5 gündür ki su gəlmir. 

Bu barədə sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.

O, bildirib ki, qəsəbənin Yavər Səfərov, Oqtay Vəliyev və Qərb küçəsində su yoxdur:

"Bakı və Abşeronun bir hissəsində iyunun 20-nə qədər su olmayacağı deyilmişdi. Deyilən gün keçsə də suyumuz gəlmir", - deyə şikayətçi əlavə edib. 

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əlaqə saxladıq. 

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, abonentlərə suyun ötürülməsi mərhələli şəkildə həyata keçirilir:

"Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır. Xəttə aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir. Hazırda bir çox ünvanlara əvvəlki rejimlə suyun verilməsi bərpa edilib. Digər abonentlərə də suyun ötürülməsi mərhələli şəkildə həyata keçirilir", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
4
baku.ws

5Mənbələr