AZ

"Geely" xarab oldu- Rəsmi diler müştərini 2 ay maşınsız qoydu - FOTO

"Geely" Bakı Mərkəzindən rəsmi zəmanətlə alınan avtomobildə qısa müddət sonra nasazlıq yaranıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, avtomobilin sahibi Ülvi adlı şəxs bildirib ki, onun 77-RX-909 dövlət qeydiyyat nişanlı "Geely Atlas Pro" markalı avtomobili cəmi 7 900 km yürüşdə xarab olub:

"Maşını servisə gətirdim. 4 günlük müayinədən sonra bildirdilər ki, “Dinamo-starter” xarab olub. Zəmanət çərçivəsində dəyişdiriləcək, amma ehtiyat hissəsi yoxdur. 2 ay gözləməlisiniz.

Bildirdim ki, bu çox uzun müddətdir və mən hər gün 30-40 manat taksilərə xərcləməliyəm. Heç olmazsa, əvəzedici avtomobil ya da hansısa dəstək olmalıdır, çünki bu məndən qaynaqlanan problem deyil. Amma təəssüf ki, "Geely" Bakı Mərkəzi bu mövzuda çox kəskin cavab verdi ki, biz sizə heç nə edə bilmərik. Kimə istəsəniz gedin deyin", - deyə şikayətçi qeyd edib.

Cəmi

Seçilən
4
15
avtosfer.az

10Mənbələr