Sumaq kiçik qırmızı meyvələrindən əldə edilən, turşməzə dadlı və antioksidantlarla zəngin bir ədviyyatdır.
Pravda.az bildirir ki, təkcə yeməklərə dad qatmaqla kifayətlənmir, həm də sağlamlıq üçün çoxsaylı faydaları ilə seçilir.
Sumağın əsas faydaları:
Orqanizmdəki iltihabı azaldır
Həzm sistemini tənzimləyir
Qan şəkərini tarazlayır
İmmuniteti gücləndirir
Təbii detoks effekti yaradır
Ağız və boğaz infeksiyalarına qarşı təsirlidir
Hansı yeməklərdə istifadə olunur?
Ən çox soğan salatlarında, qutab və kababla təqdim olunan sumaq, həmçinin şorba, dolma, qatıqlı məzələrə turş dad vermək üçün istifadə olunur. Bəzi bölgələrdə isə çay və ya qarışım formasında sağlamlıq məqsədilə içilir.
Qatıqlı sumaq qarışımı:
Bir stəkan qatığa 1 çay qaşığı sumaq əlavə edib qarışdıraraq acqarına və ya günorta 16:00-da istehlak etmək, şişkinliyi azalda və yağ yandırmağa kömək edə bilər.
Qeyd: Sumaq antioksidant və antibakterial təsirə malik olsa da, müalicə məqsədilə istifadədən öncə mütləq həkim və ya dietoloqla məsləhətləşmək tövsiyə olunur.
Əminə Bayramova