AZ

FHN ə elektromobillərlə bağlı TƏKLİF

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyada elektromobillərin qapalı parkinqlərdə nəinki doldurulması, hətta parklanmasının belə qadağan edilməsi təklif olunub. 

Avtosfer.az xəbər verir ki, belə bir təkliflə Milli Avtomobil İttifaqının sədri Yan Xayseer Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib.

Müraciətdə bildirilir ki, “Rusiyada yüksək gərginlikli batareyalarla təchiz edilmiş elektromobillərin sayı artır. 2024-cü ildə 80 min belə avtomobil satılıb. Bu da yanğın riskini artırır. 2024-cü ildə 120 elektromobil yanğını qeydə alınıb ki, bu da daha əvvəlki illə müqayisədə 3 dəfə çoxdur”.

Sədr bildirib ki, elektromobil yanğını daha uzun müddət davam edir. Buna görə də qaöalı parkinqdə baş verən yanğın bütün parkinqin və üzərindəki yaşayış binasının bütünlüklə məhv olması ilə nəticələnir. Yeganə düzgün seçim küçədə parklamaqdır. 

Xayseerin bu müraciəti birmənalı qarşılanmayıb.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
avtosfer.az

1Mənbələr