AZ

Dilqəm Əsgərovun oğlu: Atam məni öldürəcəyini deyir

Uzun illər Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovla oğlu Kürdoğlu Əsgərov arasında münaqişə yaranıb.

Yenisabah.az teleqraf-a istinadla xəbər verir ki, atası Şəmkirdə yerləşən bazarlardan birinə əlində balta ilə gələrək onu axtarıb. Daha sonra isə oğlunun yaşadığı evə gələrək Kürdoğlunu hədələyib:

"Atam əsirlikdən qayıdan gündən mənə sanki düşmən kəsilib. Şəmkir bazarında fəhləliklə məşğulam. Bir neçə gün öncə bazarda məni axtarırmış. Sonra yaşadığım evə gəldi, məni öldürməklə hədələdi. Cavab qaytarmadım, dedim, əsəbidir, keçər. Bir neçə dəqiqə sonra kiçik qardaşımla birlikdə gəlib suyumu kəsdi. Hərəkətləri qonşumun evində olan müşahidə kamerasına düşüb"

Şəmkir rayon Polis Şöbəsinə müvafiq məlumat verdiyini deyən K.Əsgərovun sözlərinə görə, atası ona böhtan da atır:

"7 il atamdan ötrü əziyyət çəkmişəm. Atam əsirlikdə olanda 6 pay torpağından ikisini anam mənə verdi ki, evin böyük oğlusan, özünə ev tik. Mən də min bir əziyyətlə bu evi tikdim. Atamın azadlığı üçün bütün beynalxalq tədbirlərdə onun haqq səsini çatdırmağa çalışmışam. İndi atam məni şantaj edir ki, "nazirlər sənə 200 min manat pul göndərib, sən də onları yemisən". Mətbuat vaistəsi ilə müraciət edirəm ki, hansı nazir və ya vəzifəli şəxs mənə pul verib, bilim".


Telegram kanalımız
Seçilən
3
9
yenisabah.az

10Mənbələr