AZ

Ceyhun Bayramov malayziyalı həmkarı ilə görüşdü

BAKI, 21 iyun. TELEQRAF

İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın xarici işlər naziri Mohamad Hasan ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan və Malayziya arasında mövcud güclü tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər. İkitərəfli siyasi dialoqun genişləndirilməsi, ticarət və iqtisadi əlaqələrin şaxələndirilməsi, enerji, təhsil, turizm və rəqəmsal innovasiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazirlər, eyni zamanda, İsrail-İran gərginliyindən sonra bölgədə yaranmış təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
50
46
teleqraf.com

10Mənbələr