AZ

Foden məşqçi olmaq istəyir

"Mançester Siti"nin hücumçusu Fil Foden, gələcəkdə uşaqları çalışdırmaq istəyini etiraf edib.

90deqiqe.Az xəbər verir ki, "City Xtra" futbolçunun dediklərini belə çatdırıb. 

"Bir gün məşqçi olmaq və akademiyada gənc oğlanlara məşqçilik etmək istəyirəm. Mən bunu çox bəyənirəm, insanlara kömək etməyi və onları daha yaxşı etməyi xoşlayıram." 

Fil Foden, "Mançester Siti"nin gənclər akademiyasının yetirməsidir. Bu mövsüm o, bütün turnirlərdə 46 matçda iştirak edib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

25 yaşlı futbolçunun "Vətəndaşlar"la olan müqaviləsi 2027-ci ilə qədər davam edir. Transfermarkt portalı Fodeni 100 milyon avro dəyərində qiymətləndirir.

Seçilən
49
90deqiqe.az

1Mənbələr