AZ

Sabunçuda market yandı


Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 200 m² olan obyektin (market kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları və tavanı, marketdə olan 9 ədəd soyuducu, həmçinin sahəsi 18 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan mallar yanıb.

Obyektin qalan hissəsi, 3 ədəd ödəmə aparatı və digər bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
18
9
news24.az

10Mənbələr